AZ

Qüdrət Həsənquliyev: “Naxçıvanda Muxtariyyatın saxlanmasına ehtiyac varmı?”

Yazını böyüt
Yazını kiçilt

“Naxçıvanda yeni icra orqanı strukturu yaradılır.  Qanunda müsbət dəyişikliklər də var. Amma məncə Naxçıvanda Muxtariyyatın ləğvi məsələsi müzakirə olunmalıdır. Naxçıvanda Muxtariyyatın saxlanmasına ehtiyac varmı?”

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq  edilməsi haqqında” Konstitusiya qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyir.

Deputat eyni zamanda deyib ki, Naxçvanda insanların həyat şəraiti yaxşılaşdırılmalıdır.

“Naxçıvanda qaz var. Amma onu yandırmağa vətəndaşın pulu yoxdur. Naxçıvan Azərbaycandan ayrı düşəndən həyat səviyyəsi digər regionlardan aşağı olub. Məmur özbaşınalışı, bütokratiya inkişafa ən böyük maneə idi”-deputat deyib.

Seçilən
7
hafta.az

1Mənbələr