AZ

Rusiyadan Azərbaycana pul köçürmələri 45% azalıb

2025-ci ilin ilk rübündə Azərbaycana Rusiya Federasiyasından fiziki şəxslərin pul köçürmələrinin həcmi 85 milyon 651 min ABŞ dolları təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69 milyon 725 min ABŞ dolları və ya 44,9% azalıb.

Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Rusiyadan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 155 milyon 376 min ABŞ dolları olub.

Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Rusiyanın payı 37,3% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 52,8% idi.

Seçilən
28
10
fed.az

4Mənbələr