"Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərinin miqyası heyranedicidir".
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek Şuşaya səfəri zamanı bildirib.
"Gördüklərim, həqiqətən, heyranedicidir - çox böyük miqyasda iş görülüb", - diplomat qeyd edib.
Səfir Şuşada ilk dəfə olduğunu, lakin əvvəllər Qarabağı ziyarət etdiyini bildirib. O vurğulayıb ki, şəhərin təbiəti onu xüsusilə valeh edib.
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada səfərdədir.