AZ

Rusiyanın Azərbaycandakı səfiri: Qarabağa hər dəfə böyük məmnuniyyətlə gəlirəm

BAKI, 21 iyun. TELEQRAF

Qarabağa hər dəfə böyük məmnuniyyətlə gəlirəm.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Nikolayeviç Teleqraf-a açıqlamasında deyib.

"Bu, Şuşaya ikinci səfərimdir. Ötən il Polad Bülbüloğlunun dəvətilə Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinə gəlmişdim. Bu bir il ərzində Şuşa daha da gözəlləşib. Binalar inşa edilib, kafelər, restoranlar açılıb, muzeylər fəaliyyət göstərir. Laçında və Fizulidə də olmuşam. Qarabağa hər dəfə böyük məmnuniyyətlə gəlirəm. Diplomatik Korpus nümayəndələrinin Qarabağa səfərini belə gözəl təşkil etdiyi üçün Azərbaycan hökümətinə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri təşkil olunub. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.

Seçilən
24
teleqraf.com

1Mənbələr