Demokrat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Mülki Məcəlləyə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək.
Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək.
Hər bir miras şəriki yuxarıda müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala biləcək.
Yuxarıda nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları olacaq. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə biləcəklər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılacaq və vərəsəlik şəhadətnaməsində yekun payı göstəriləcək.
Mövcud qanunvericiliyə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
10Mənbələr
-
azadmedia.azAzərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək » AzadMedia.az ( 19043419)
-
azadmedia.azAzərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək » AzadMedia.az ( 19036135)
-
xezernews.azVərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi ( 19032637)
-
metbuat.azVərəsəlik şəhadətnaməsi üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək ( 19032676)
-
gundem.azPrezident vərəsəliklə bağlı qanunu imzaladı ( 19031314)
-
far.azAzərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək ( 19031020)
-
reyting.azPrezident vərəsəlik şəhadətnaməsi ilə bağlı yeni qanunu təsdiqləyib ( 19030855)
-
reyting.azPrezident vərəsəlik şəhadətnaməsi ilə bağlı yeni qanunu təsdiqləyib ( 19030837)
-
sonxeber.azAzərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək ( 19030636)
-
konkret.azAzərbaycanda vərəsəlik şəhadətnaməsinin alması ilə bağlı YENİLİK KONKRET ( 19028980)