AZ

"Sabah"ın "Sele" ilə matçlarının başlama vaxtı bilindi

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Sele" (Sloveniya) komandası ilə matçlarının başlama saatı açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti yayıb.

İyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək. Ayın 17-də Sloveniyada baş tutacaq cavab qarşılaşması isə saat 22:00-da başlayacaq.

Seçilən
6
1
fanat.az

2Mənbələr