Paytaxtda bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları barədə polisə edilən müraciətlər əsasında tədbirlər davam etdirilir.
Yasamal və Xəzər rayonlarında “Toyota” 90-YL-396, “Mercedes” 77-UV-650, sürücüləri müəyyən edilərək məsuliyyətə cəlb olunub.
İctimai nəqliyyat və taksi sürücüləri sərnişinlərə qarşı mədəni davranmalı, peşə etik qaydalarına əməl etməlidir!
Belə hallarla qarşılaşdıqda dərhal polisə və ya 102 Zəng Mərkəzinə məlumat verin.