AZ

“Bu arzum ürəyimdə qaldı, elə ağlayırdıq ki...” - FOTO+ÖZƏL

“Ramiz Qarabağ haqqında “Hələ sevirəm deməmişəm” əsərini yazmışdı. Bu əsər Akademik Milli Dram Teatrında müvəfəqqiyətlə səhnələşdirilmişdi. O qədər xoşumuza gəlirdi ki.. Tək mənim yox, elə hamının. Bir neçə il repertuarda qaldı. Sonra repertuardan çıxartdılar. Amma bu lazımlı əsər idi. Həmişə düşünürdüm ki, bu əsər niyə repertuardan çıxdı? Deyirdim ki, Ramiz, bu senariyə film çəkdirmək lazımdır. Deyirdi ki, mütləq edəcəm. Bu mənim arzum idi. Deyə-deyə qaldım. Orada aktyorlar da yaxşı oynayırdılar. Telman Adıgözəlov komediya aktyoru idi, amma orada elə tragikomik rol oynayırdı ki, gülə-gülə ağlayırdıq”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ramiz Novruzun ömür-gün yoldaşı Xoşavaz Novruz deyib. O daha sonra əlavə edib:
 
“Təzə hansısa tamaşa oynayırdısa, mütləq birinci fikirlərini mənimlə bölüşürdü. Onun ilk primyeralarında özüm olmuşam. Mənim fikirlərimə çox qulaq asırdı. Harada bəyənmirdimsə nöqsanlarımı deyirdim. O məni dinləyirdi. Evdə dəyişiklərini edirdik. Həmişə səhnədə oynayanda birinci tərəf müqabilini qoruyardı, onlarla çox işləyərdi. Özü öyrədirdi, onlarla işləyirdi. Aktyor var ki, heç tərəf müqabilini saymır. Amma onun tərəf müqabilində nəsə alınmayanda gəlib əsəbləşirdi. Ramiz qədər tərəf müqabilini düşünən ikinci aktyor yox idi. Səhnədə yerlə bir olurdu. Tozun içində evə gəlirdi. Elə səhnədə oynadığı rolları görmüşəm ki, geyimi su içində olurdu. O yaşda aktyorların çoxu özünü qoruyurdu, amma Ramiz özünü qorumurdu. Həyatını səhnəyə, sənətə qurban verdi” deyə sənətkarın xanımı bildirib.
 
Seçilən
5
moderator.az

1Mənbələr