AZ

“”Zəngəzur dəhlizi”nin açılması Ermənistanı xilas edə bilər”- Ekspert

Ermənistan Baş Naziri Nikol Paşinyanın İstanbulda səsləndirdiyi bəyanatlar, regional əməkdaşlıq və kommunikasiya xətlərinin açılması perspektivləri kontekstində şərh olunur. Paşinyan daha əvvəl də dəfələrlə regionda sülhün və əlaqələrin bərpasının vacibliyini vurğulayıb. İstanbulda verdiyi mesajlar isə bu istiqamətdə atılacaq addımların potensialını gücləndirir. Xüsusilə, “açıq sərhədlər” və “kommunikasiyaların bərpası” ilə bağlı fikirləri Zəngəzur dəhlizi layihəsinin reallaşmasına işarə kimi qəbul edilə bilər. Bu dəhliz, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və regional ticarət, iqtisadiyyat üçün yeni imkanlar açacaq.

İqtisadçı ekspert Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün region, o cümlədən Türkiyə, Rusiya və İran üçün strateji əhəmiyyət kəsb edir.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Türkiyə bu dəhlizin açılmasında maraqlıdır, çünki bu, Orta Asiya və Çinə birbaşa quru yolu ilə çıxışı təmin edəcək. Rusiya regionda sabitliyin və kommunikasiya xətlərinin bərpasının tərəfdarıdır, İran isə öz növbəsində Cənub-Qərb nəqliyyat dəhlizi üçün yeni imkanlar əldə edə bilər. Bu çoxşaxəli maraqlar dəhlizin açılması ehtimalını artırır.”- deyə Arzuman Muradlı bildirib.
Ekspert bildirib ki, Ermənistan daxilində dəhlizin statusu və suverenliyi ilə bağlı müxtəlif fikirlər mövcuddur.

“Paşinyan İstanbulda erməni icması ilə görüşdə açıq şəkildə bildirdi ki, bu dəhliz açılmalıdır. “Bizim məntiqimizi, hədəflərinin “Turan” olduğunu deyən, həyəcan təbili çalan ermənilərin məntiqini başa düşə bilmirəm. Amma gəlin başa düşək, nə istəyirlər. Onlar Ermənistanın ərazisindən keçmək istəyirlər? Yaxşı, keçsinlər. Bu pisdir? Biz özümüz bunu “Dünyanın kəsişməsi” layihəsi kimi təklif edirik. Bizə deyirlər ki, şimala, cənuba, şərqə getmək istəyirik. Biz də onlara deyirik ki, gedin. 21-ci əsrdə sərhədləri bağlı olan bir ölkə təsəvvür edin?”, -Ermənistanın baş naziri bildirib.Onun sözlərinə görə, bu, marşrutların qarşılıqlı hörmət, suverenlik və ölkələrin yurisdiksiyası əsasında fəaliyyət göstərməsi deməkdir.Baş nazir eyni zamanda, “Sülh yollarının kəsişməsi”nin açılacağı təqdirdə Azərbaycanın bunu “Zəngəzur dəhlizi”nin açılışı kimi şərh edəcəyinə hazır olmağa çağırıb.

Sözsüz Paşinyan da anlayır ki, iqtisadi cəhətdən Ermənistanı xilas etməlidir. Bunun üçün bu dəhlizin açılması vacibdir. Paşinyan bu çıxışı ilə bir daha bəyan edib ki, xilas yolumuz var.

Ancaq sözsüz Ermənistanda revanşistlər Paşinyanın yumşalmasını qəbul etmirlər. Ancaq indiki halda “Zəngəzur dəhlizi”nin açılması Ermənistanı xilas edə bilər”.- deyə Arzuman Muradlı bildirib.

Seçilən
8
moderator.az

1Mənbələr