AZ

Birləşmiş Krallıqdan Azərbaycana pul köçürmələri 6% artıb

2025-ci ilin ilk rübündə Azərbaycana Birləşmiş Krallıqdan fiziki şəxslərin pul köçürmələrinin həcmi 8 milyon 755 min ABŞ dolları təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 473 min ABŞ dolları və ya 5,7% artıb.

Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Birləşmiş Krallıqdan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 8 milyon 282 min ABŞ dolları olub.

Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Birləşmiş Krallığın payı 3,8% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 2,8% idİ.

Seçilən
21
12
fed.az

10Mənbələr