AZ

Maklerdən aldığınız evi bu halda GERİ QAYTARA BİLƏRSİNİZ

Vəkil Günay Abbasova maklerdən notarial qaydada nəğd pul verərək ev alan mülkiyyətçinin evin şəraiti müqavilədəki şərtlərə uyğun olmadığı üçün mənzili, ödədiyi məbləği geri qaytarmaq hüququnun olub-olmadığı barədə suallara aydınlıq gətirib.

 

Vəkil Pravda.az-a açıqlamasında deyib ki, vətəndaş maklerlə bağlanılmış əqdin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edə və pulunu geri ala bilər.

 

 

“Həmçinin makler vergi uçotuna alınmadan fəaliyyət göstərdiyi təqdirdə vətəndaş onun inzibati məsuliyyətə cəlb olunması üçün polisə və ya Dövlət Vergi Xidmətinə şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Bu əməllər xeyli məbləğdə - əlli min manatdan artıq ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə isə cinayət məsuliyyətinə səbəb olur”, - G.Abbasova bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 21 İyun 2025, 14:17   
Seçilən
1
1
pravda.az

2Mənbələr