Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Masallı rayonu ərazisində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Videodan da göründüyü kimi, 44-CL-799 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Nəticədə o digər hərəkət iştirakçılarına təhlükə yaradıb.
Qeyd edək ki, görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilər sözügedən ərazidə sürət həddinin 110 km/saat olduğu rəy bölməsində bildiriblər.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.