AZ

Azərbaycan millisi Dünya Kuboku və beynəlxalq yay düşərgəsinə qatılacaq

Azərbaycanın karate millisi "KWU- SENSHI" (Dünya Kyokuşin Birliyi) üzrə Dünya Kuboku və beynəlxalq yay düşərgəsinə qatılacaq.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidməti yayıb.

AKF-nin nəzdində fəaliyyət göstərən "KWU-WFKF" üzrə milli iyulun 6-dan 13-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək Dünya Kubokunda və 19-cu beynəlxalq yay təlim-məşq toplanışında iştirak edəcək.

Yığma bu mötəbər beynəlxalq tədbirə baş məşqçi Vidadi Xəlilovun rəhbərliyi altında hazırlaşır.

Seçilən
1
6
fanat.az

7Mənbələr