ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Ötən gün “Koroğlu” metrostansiyası yaxınlığında, Nərimanov rayonu Heydər Əliyev prospektində dəhşətli qəza hadisəsi baş verdi. Prospekt boyunca yerüstü piyada keçidi olduğu halda 2 piyada 10 zolaqlı yolu öz həyatlarını təhlükəyə ataraq keçdilər, nəticədə, piyadalardan biri hadisədən sonra ölüb. Yol polisinin, eləcə də, nəqliyyat ekspertlərinin dəfələrlə xəbərdarlıqlarına, hətta cərimələrə baxmayaraq, vətəndaşlar hər dəfə ya tələskənlik, ya da başqa səbəblərdən eyni səhvləri təkrarlamağa davam edir.
Avtosfer.az xəbər verir ki, analoji hal Nərimanov rayonu 4-cü uzununa və Xəlil Rza Ulutürk küçələrində də yaşanır.
Bununla bağlı təlimçi Arzu Babazadə saytımıza göndərdiyi videoda da məlumat verib. Onun sözlərinə görə, xüsusən 4-cü uzununa küçəsində, köməkçi yolda taksilər sərnişinləri harda gəldi düşürür. Daha sonra həmin piyadalar “Koroğlu” metrostansiyası istiqamətində yolu piyada keçidindən keçmirlər.
Təlimçi qeyd edir ki, əslində həmin təhlükəli ərazinin 50 metrliyində “zebra” var. Buna baxmayaraq, sürücülər sərnişinləri onların istədikləri yerdə düşürür.
“Bir gün burada bir qəza olsa, bir maşın piyadanı vursa, günahkar sürücü olacaq, piyadanın qohum-əqrəbası deyəcək ki, mənim adamım niyə vurulub. Bura Bombeyə çevrilib. Piyadalar yolu “Koroğlu” metrosunun “Alov fontanı” parkına tərəf keçir”.
Səfər
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.