AZ

Akim Zedadka “Sabah”da - Rəsmi

Polşanın “Pyast” klubundan ayrılan əlcəzairli sağ cinah müdafiəçisi Akim Zedadka bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

30 yaşlı futbolçu ilə 2 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Zedadka “Sabah”da 80 nömrəli formada çıxış edəcək.

Əslən Əlcəzairdən olsa da, Fransada dünyaya göz açmış Akim Zedadka karyerası ərzində bu ölkənin “İstr” (2014-2015), “Lans” (2016-2017), “Sen-Remuaz” (2017-2018), “Marinyan” (2018-2019), “Klermon” (2019-2022), “Lill” (2022-2025), “Oser” (2022-2023) klublarının formasını geyinib. O, İspaniyada “Saraqosa”nın (2024), Polşada “Pyast”ın (2025) da şərəfini qoruyub. “Pyast”a bu ilin əvvəlində qoşulmuş müdafiəçi Polşa klubunun heyətində cəmi 13 oyuna çıxıb və 2 məhsuldar ötürmə müəllifi olub.

Zedadka 2022-ci ilin iyun ayında Əlcəzair yığmasında debüt etsə də, sonradan oynamaq şansı qazanmayıb.

Xatırladaq ki, “Sabah” daha öncə Şakir Seyidov və Con İrasaballa yollarını ayırdığını açıqlamışdı. Rüstəm Samiqullin (“Neftçi”), Fəxri Məmmədli və Rauf Rüstəmli (hər ikisi “Şamaxı”) isə icarədən qayıdıblar.

Seçilən
4
arena.az

1Mənbələr