AZ

Mareska: “Flamenqo” qələbəyə layiq idi”

“Çelsi”nin baş məşqçisi Entso Mareska FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 2-ci turunda “Flamenqo”ya məğlubiyyəti şərh edib.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, 45 yaşlı italyan mütəxəssisin 1:3 hesablı məğlubiyyətlə bağlı müvafiq açıqlamasını təqdim edir:

“Flamenqo” qələbəyə layiq idi. Biz oyuna nəsə yeni bir xüsus gətirmək istədik ki, bizə növbəti mövsümdə və gələcəkdə yardım edə. Bizim hələ bir oyunumuz var, onda qələbə qazanmağa çalışacağıq. Altı dəqiqə bu oyunun gedişatını dəyişdi. Təəssüf ki, biz qısa müddət ərzində iki qol buraxdıq, sonra isə oyunçumuz meydandan qovuldu. Biz müqavimət göstərməyə çalışdıq, amma… Onları təbrik edirəm”, deyə Mareska bildirib.

2 turdan sonra “Çelsi”nin yer aldığı “D” qrupunda mənzərə belədir:

  1. “Flamenqo” – 6 xal;
  2. “Çelsi” – 3 xal;
  3. “Esperans” – 3 xal;
  4. “Los Anceles” – 0.
Seçilən
9
arena.az

1Mənbələr