AZ

Azərbaycanda qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı məlum oldu

BAKI, 21 iyun. TELEQRAF

2024-cü ildə rəsmi qeydiyyata alınmamış nikahdan doğulan uşaqların sayı 13 228 olub.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub.

Məlumatlara əsasən, bu uşaqların 5 158-I şəhərdə, 8 070-I isə kəndlərdə doğulub.

Qeyd edək ki, bu rəqəm diri doğulan uşaqların ümumi sayının 12,9 faizini təşkil edib.

Seçilən
24
2
teleqraf.com

3Mənbələr