AZ

“ABŞ gözləmə mövqeyindədir, hələ konkret plan yoxdur” - Fikrət Sadıqov


ABŞ və onun rəsmi dairələri hazırda İsrail-İran gərginliyi fonunda gözləmə mövqeyindədir və yaxın iki həftə ərzində hansı hadisələrin baş verəcəyinə dair konkret planları yoxdur.

Bu fikirləri politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, ABŞ İsrailin yaxın müttəfiqi olsa da, birbaşa münaqişəyə daxil olmaq məsələsi tamamilə fərqli yanaşma tələb edir:

“Bəli, ABŞ İsrailə texniki, maliyyə və siyasi dəstək verir, bu, işin bir tərəfidir. Amma birbaşa regionda İrana qarşı hərbi əməliyyatlarda iştirak etmək tamamilə başqa məsələdir və bunu hər dövlət edə bilməz – o cümlədən ABŞ,” – deyə Sadıqov qeyd edib.

Politoloq əlavə edib ki, yaxın günlərdə gərginliyin daha da artacağı istisna deyil:

“Ola bilər ki, bu iki həftə ərzində İran tərəfindən Fars körfəzi regionunda yerləşən ABŞ hərbi bazalarına qarşı hücum baş versin. Çünki Tehrandan bu istiqamətdə sərt bəyanatlar səsləndirilib. Əgər bu cür hadisə baş verərsə, o zaman ABŞ-ın birbaşa müdaxiləsi qaçılmaz ola bilər. Hələlik isə İran tərəfindən belə bir addım atılmayıb,” – deyə politoloq vurğulayıb

Seçilən
4
news365.az

1Mənbələr