AZ

İtaliya böyük şəhərlərdə və turizm bölgələrində təhlükəsizliyi gücləndirir

Roma, 21 iyun, AZƏRTAC

İtaliyanın böyük şəhərlərində və turizm bölgələrində təhlükəsizlik tədbirləri gücləndirilir.

AZƏRTAC xəbər verir ki, bu ökənin Daxili İşlər Nazirliyi iyulun 1-dən sentyabrın 1-dək həmin yerlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bildirildiyinə görə, turist axını, əhalinin sıxlığı və əyalət cinayətləri ilə bağlı proqnozlar nəzərə alınaraq, qeyd olunan yerlərə əlavə 2 min 328 təhlükəsizlik qüvvəsi qəlb ediləcək. Patrul xidmətinə əlavə olaraq, it və at bölmələri də daxil olmaqla, 49 ixtisaslaşdırılmış operatorun fəaliyyət göstərəcəyi 6 polis dəstəsi qoşulacaq. Bundan əlavə, güclü turist axınından təsirlənən ərazilərdə aktivləşdirilmiş 19 müvəqqəti qarnizona 83 karabineri təyin ediləcək. Dənizlərdə maliyyə polisinin 68 dəniz bölməsi fəaliyyət göstərəcək, gəmilərin göyərtəsində 715 əsgər olacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
5
1
azertag.az

2Mənbələr