AZ

Yaxın vaxtlarda Körfəzin ərəb ölkələrinə vahid turist vizası tətbiq olunacaq

Bakı. Trend:

BƏƏ-nin iqtisadiyyat naziri Abdullah bin Tuoq Al Marrininsözlərinə görə, Körfəz ölkələri üçün vahid turist vizasıtəsdiqlənib və yaxın vaxtlarda tətbiq olunacaq.

Trend-in xaricimediaya istinadən verdiyi xəbərə görə, vahid viza xarici turistlərəKörfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvü olan altı dövlətin hamısına:BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Oman və Küveytə birsənədlə səfər etmək imkanı verəcək.

Bu yenilik, ekspertlərin fikrincə, yeni iş yerləri yarada vəÜDM-nin artımına mühüm töhfə verə biləcək regionun turizm sənayesiüçün mühüm irəliləyiş kimi qiymətləndirilir.

Vahid vizanın tətbiqi ilə birləşmiş səfərlərin populyarlığınınartacağı gözlənilir; işgüzar və istirahət səyahətləri birlikdəhəyata keçirilə biləcək. Turistlər biznes məsələlərini həll etməkləyanaşı, qonşu ölkələri də kəşf edə biləcəklər ki, bu da səfərləridaha zəngin və maraqlı edəcək.

Körfəz Əməkdaşlıq Şurası Statistika Mərkəzinin məlumatına görə,2023-cü ildə regiona 68,1 milyon turist gəlib və 2019-cu ildəpandemiyadan əvvəlki dövrlə müqayisədə 42,8 faiz artaraq 10,4milyard dollara çatan turizm gəliri əldə edib.

Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına görə,turizm sektorunun BƏƏ iqtisadiyyatına töhfəsi artmaqda davam edirvə keçən il sözügedən sahədə 833,000 iş yeri yaradıb. Bu rəqəmin2030-cu ilə qədər bir milyonu ötəcəyi, hər doqquz nəfərdən birininqonaqlama sektorunda çalışacağı gözlənilir.

Bölgənin aparıcı turizm mərkəzi olan Dubay 2025-ci ilin ilk dördayında 7,15 milyon turist qəbul edib ki, bu da 2024-cü ilin analojidövrü ilə müqayisədə 7 faiz çoxdur.

Seçilən
10
3
az.trend.az

4Mənbələr