Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Polşada Rusiya ilə müharibə ehtimalına qarşı muzeylərin necə təxliyə ediləcəyinə dair yollar axtarılır.
Kulis.az xəbər verir ki, bu barədə Financial Times nəşrinə Polşanın mədəniyyət naziri Hanna Vrublevska məlumat verib: “Bütün inventar kitablarını təxliyə etmək vacibdir. Çünki yalnız onlar vasitəsilə həmin sənət əsərlərinə sahiblik hüququnu sübut etmək mümkün olacaq. Hazırda Polşa hakimiyyəti 160 mədəniyyət müəssisəsindən ən dəyərli incəsənət nümunələrinin evakuasiyası üçün digər ölkələrin nümayəndələri ilə danışıqlar aparır”.
Qeyd edək ki, muzeylərin təxliyəsinin sınaqdan keçirilməsi daha geniş miqyaslı tədbirlər kompleksinin bir hissəsidir, bu tədbirlər arasında sərhəd mühafizəsinin gücləndirilməsi və Polşa ordusunun sayının 500 min nəfərə çatdırılması da var.
Şakiranın konsertində virus xəbərdarlığı
Məşhur müğənni xərçəngdən vəfat etdi
Everesti fəth edən ilk azərbaycanlı qadın: "Oksigenim, demək olar ki, tükənmişdi" - Müsahibə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.