AZ

Axundun qaçırdığı azyaşlı qızla bağlı Dövlət Komitəsindən - AÇIQLAMA

BAKI, 21 iyun. TELEQRAF

Mediada yayılan 16 yaşlı qızın Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu kimi fəaliyyət göstərmiş şəxslə birgə qaçması barədə Daxili İşlər Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirlib ki, hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanında araşdırma həyata keçirilir.

"Qızla aparılmış danışıq zamanı könüllü razılıq əsasında getdiyini bildirib.

Bundan əlavə, hazırda Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə səfər edilərək, qıza psixoloji dəstək göstərilməsi ilə bağlı iş həyata keçirilir", - məlumatda qeyd edilib. .

Seçilən
11
teleqraf.com

1Mənbələr