TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi 17 tibb mərkəzi üçün şəxsi hemoqram, koaqulloqramma, immunohematoloji, sidiyin ümumi analizi, PZR müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alır.
Pravda.az-ın xəbərinə görə, testlərin alınmasına 24 335 168 AZN xərclənəcək.
Qurum “Spektr Med” MMC ilə iki müqavilə bağlayıb.
Qeyd: MMC-nin TƏBİB İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlıya məxsus olduğu bildirilir.
Cabir
Tarix: 21 İyun 2025, 16:35