AZ

Axundla qaçan qızdan ŞOK açıqlama: “Ailəmin işgəncəsinə görə…” - VİDEO

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu ilə qaçdığı bildirilən qız açıqlama verib.

Musavat.com xəbər verir ki, Nəzrin Babayeva “TikTok” sosial şəbəkəsindən etdiyi çıxışda zorla qaçırılmadığını deyib.

O, axund Tahirov Turab Əliqan oğlu ilə könüllü qaçdığını, xoşbəxt olduğunu bildirib.

Nəzrin Turab Tahirovun “TikTok” səhifəsindən etdiyi paylaşımda deyib ki, ailəsinin ona etdiyi əziyyətdən, işgəncədən bezərək bir müddətdir sevgi münasibətində olduğu Turab Tahirovla birlikdə qaçıb.

Nəzrin atasının səsləndirdiyi fikirlərin həqiqət olmadığını bildirib. Deyib ki, Turab ona elçi gəlsə də, atası razı olmayıb. Səbəb kimi Turabın bir dəfə boşanmasını göstəriblər.

Xatırladaq ki, qızın atası Emin Babayev dünən Musavat.com-a açıqlamasında qızının zorla qaçırıldığını demişdi. O, qızının 16 yaşı olduğunu, Nəzrin isə 17 yaşı olduğunu deyir.

Nəzrinin atasının hadisə ilə bağlı geniş müsahibəsi ilə bu linkdən tanış ola bilərsiniz.

Qeyd edək ki, Nəzrinin bu müraciəti öz iradəsi ilə verib-verməməsi də sual doğuran məsələdir. Bu isə hüquq-mühafizə orqanlarının araşdıracağı məsələdir.

İlkin Muradov
Musavat.com

Seçilən
8
3
musavat.com

4Mənbələr