AZ

İtaliya Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya 3 milyard ABŞ dolları dəyərində 5,7 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 22,5 faiz və ya 567,9 milyon dollar, həcm baxımından isə 45,2 faiz və ya 1,78 milyon ton üstələyir.

Cari ilin ilk 5 ayı ərzində ölkədən ümumilikdə 5,64 milyard dollar dəyərində 10,3 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya 1-ci yerdə qərarlaşıb və ixrac həcminin 55,3 faizi bu ölkənin payına düşüb.

Seçilən
21
vergiler.az

1Mənbələr