ain.az, Oxu.az saytına istinadən bildirir.
"Ağdam Sənaye Parkı və orada yaradılan infrastruktur çoxlu sayda sahibkarı cəlb edəcək ki, bu da Ağdamın Qarabağ regionunun iqtisadi mərkəzi statusunu bərpa etməsinə imkan verəcək".
Oxu.Az xəbər verir ki, bunu "Report"un müxbirinə Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro diplomatik korpusun Qarabağa səfəri zamanı bildirib.
"Qarabağda infrastruktur layihələri valehedici intensivliklə həyata keçirilir. Mənim üçün azad edilmiş ərazilərə bu səfər son dərəcə faydalı oldu - Qarabağın bərpası layihəsinin həyata keçirilməsinin miqyası və tempinin şəxsən şahidi ola bildim", - deyə diplomat təəssüratlarını bölüşüb.
M.Monteneqro xüsusilə qeyd edib ki, regionun bərpa tempi və bu proses planlaşdırılarkən insanları regiona cəlb etmək üçün lazım olan bütün aspektlərin nəzərə alınması faktı onu heyrətləndirib.
"Müasir infrastruktur və biznes üçün əlverişli şərait yaradılıb. Ağdam tarixən regionun iqtisadi mərkəzi olub və indi əminliklə əvvəlki statusunu qaytarmağa doğru irəliləyir. Şəhəri, şübhəsiz ki, böyük uğur gözləyir, o, çoxlu sayda sahibkarı cəlb edəcək", - səfir vurğulayıb.
Diplomat əlavə edib ki, bərpa olunan region xüsusilə azad edilmiş ərazilərdə yeni iqtisadiyyatın yaradılmasına töhfə vermək istəyən gənc nəsil üçün cəlbedici olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.