Sea Breeze

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK21) növbəti iclası keçirilib.

İclasda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təqdim olunan yeni layihələr və əmək sahəsində normativ tənzimləmələrin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.

İclasın gündəliyinə əsasən, 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq təqdim edilən 17 standart layihəsi və ümumilikdə 111 standartın hazırlanması prosesinə dair məsələlərə baxılıb. Bununla yanaşı, Komitənin digər fəaliyyət planları üzrə nəzərdə tutulan standart layihələri, həmçinin milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı “2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tədbirlərin icrası müzakirə edilib.

Tədbirdə “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” milli texniki reqlamentə əsaslanan standartların işlənməsi, həmçinin əməyin mühafizəsi sahəsində yeni və mövcud standartların təsdiqi üzrə görüləcək tədbirlərin sürətləndirilməsi məsələləri də diqqət məkəzində olub. Həmçinin, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təqdim edilən “2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramının ilkin layihəsi” barədə məlumat verilib və təkliflər dinlənilib.

Sonda əməyin mühafizəsi sahəsində standartların təsdiq edilməsi işlərinin yekunlaşdırılması və yeni standartların hazırlanması üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

ETX
ETX
ETX