Bakı. Trend:
Madridin “Real” klubunun hücumçusu, “Qızıl buts - 20242025”sahibi Kilian Mbappe dünya klub çempionatının qrup mərhələsininikinci turunda Meksikanın “Paçuka” klubuna qarşı matçda iştiraketməyəcək.
Trend xəbər verirki, bu barədə “El Partidazo de Cope” nəşri yazır.
Bundan əvvəl 26 yaşlı fransız oyunçu səhhəti ilə əlaqədarbirinci tuda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna qarşı matçıburaxmalı olmuşdu.
Qeyd edək ki, fransalı futbolçu ABŞ-də kəskin qastroenteritdiaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, sonradan buraxılıb.
“Real” – “Paçuka” matçı iyunun 22-də Şarlotdda Bakı vaxtı ilə23:00-da start götürəcək.