Avtosfer saytına istinadən ain.az xəbər verir.
İstanbulun Eyüpsultan rayonunda yerləşən TEM avtomobil yolunda baş verən insidentdə bir cütlük bıçaqlı hücuma məruz qalıb.Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, naməlum səbəbdən avtomobildə mübahisə edən bir kişi və qadın yol kənarında dayanaraq mübahisəni davam etdiriblər. Bu zaman motosikletlə yoldan keçən başqa bir cütlük vəziyyətə müdaxilə etmək istəyib.Motosiklet sürücüsü və həyat yoldaşı tərəfləri sakitləşdirməyə çalışsa da, əlində bıçaq olan avtomobil sürücüsü motosikletçiyə hücum edib. Qadın öz həyat yoldaşını qorumaq istəsə də, hücumun qarşısını almaq mümkün olmayıb.Hadisəni müşahidə edən avtomobil sürücüləri kənardan müdaxilə etsələr də, hadisənin əsas iştirakçıları avtomobilə minib ərazidən uzaqlaşıblar.Hadisə anı bir avtomobilin daxili kamerasına da əks olunub. Eyüpsultan Rayon Polis İdarəsi faktla bağlı araşdırmalara başlayıb.(sonxeber.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.