AZ

Əmircanda sökülən dam örtüklərinin satıldığını iddia edən sakindən TƏKZİB

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ötən gün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsinin sakini evlərinin damının söküldükdən sonra onlara ödəniş qarşılığında satılmasından şikayətçi olduğunu bildirmişdi.

Ərazidə abadlıq işlərini həyata keçirən "Bakı Abadlıq Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinə Oxu.Az-ın rəsmi müraciətindən sonra qurumun əməkdaşları məlumatı dərhal araşdırmaq üçün qeyd edilən ünvana baxış keçiriblər.

Qeyd olunub ki, müraciətlə bağlı heç bir sübut ortaya çıxmadığından sakin şikayətini təkzib edib, heç bir problem olmadığını bildirib.

"Bakı Abadlıq Xidməti" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkət istənilən qanunsuz davranış ortaya çıxarsa, problemi yerindəcə araşdırıb həll edilməsində maraqlıdır.

"Bakı Abadlıq Xidməti" MMC bərpa-quruculuq işləri apardığı bütün ərazilərdə sakinlərlə daim ünsiyyətdədir, istənilən təklif və iradlar dinlənilir və lazım gəldikdə operativ tədbirlər görülür", - məlumatda deyilir.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr