BAKI, 21 iyun. TELEQRAF
Braziliyanın Santa Katarina ştatında səbətində 21 nəfərin olduğu hava şarı qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb.
Ştat qubernatorluğundan bildiriblər ki, qəzada 8 nəfər həlak olub, 13 nəfər sağ qalıb.