AZ

Millimizin təlim-məşq toplanışı başa çatdı

18 yaşadək qız basketbolçulardan ibarət millimizin Belarusun paytaxtı Minskdəki təlim-məşq toplanışı yekunlaşıb.

"Football-plus.az" xəbər verir ki, yığma toplanışda 6 yoxlama oyunu keçirib. Milli yerli "Rquor" (84:39), "Rquor 2" (80:30) komandalarına qalib gəlib. "Horizont"a (40:68, 53:65) və "Viktoriya"ya (49:53, 62:68) hər iki qarşılaşmada uduzub.

Qeyd edək ki, Minsk toplanışında əsas məqsəd iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaq olub.

Seçilən
16
6
football-plus.az

9Mənbələr