AZ

Braziliyada faciə: 8 nəfər havada yanaraq öldü

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Braziliya səmasında baş verən dəhşətli qəzada hava şarının alovlanması nəticəsində 8 nəfər həyatını itirib.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Braziliyanın Santa-Katarina ştatının Praya-Qrande şəhərində baş verən faciəvi hadisədə içərisində 22 nəfərin olduğu hava şarı qəfildən havada alışaraq yerə çırpılıb.

Hadisə yerinə dərhal çox sayda xilasedicilər göndərilib. Ştat qubernatoru Jorjinyo Mello sosial media hesabından indiyə qədər 8 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə xilas edildiyini açıqlayıb.

Qubernator digər sərnişinlərin axtarışlarının davam etdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
oxu.az

4Mənbələr