AZ

Azərbaycan millisinin təlim-məşq toplanışı yekunlaşdı

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdəki təlim-məşq toplanışı yekunlaşıb.

Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti yayıb.

Yığma toplanışda 6 yoxlama oyunu keçirib. Milli yerli "Rquor" (84:39), "Rquor 2" (80:30) komandalarına qalib gəlib. "Horizont"a (40:68, 53:65) və "Viktoriya"ya (49:53, 62:68) hər iki qarşılaşmada uduzub.

Qeyd edək ki, Minsk toplanışında əsas məqsəd iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaq olub.

Seçilən
3
6
fanat.az

9Mənbələr