ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Ötən ildən avtobus zolaqlarının təşkili fərdi avtomobil sürücüləri tərəfindən narazılıqla qarşılanır. Nəqliyyat vasitələrinin idarəçiləri yollarda tıxaclar yaranan saatlarda zolaqların daha çox maneə yaratdığını bildirirlər. Lakin paytaxtın bəzi küçə və prospektlərində yaranan tıxaclar zamanı yol polisinin işarəsi ilə fərdi nəqliyyat vasitələrinin zolaqda hərəkətinə icazə verilir.
Avtosfer.az saytının sosial şəbəkə hesabına sürücülərdən biri tərəfindən şikayət daxil olub. Sürücü şikayətində bildirir ki, yol polisinin işarəsi ilə zolaqda hərəkət etdiyi zaman cərimələnib. Məsələyə aydınlıq gətirmək üçün nəqliyyat eksperti Elməddin Muradlı saytımızın sosial şəbəkə hesablarında sürücüləri məlumatlandırıb. O vurğulayıb ki, yol polisinin zolağa girməklə bağlı işarəsi yalnız növbəti yolayrıcına qədərdir:
“Deyək ki, “Azneft” dairəsində avtomobillə hərəkət edirsiz. Orada tez-tez yol polisinin işarəsi ilə avtobus zolağına daxil olursuz. Azərbaycan Dövlət Kukla Teatrına çatanda artıq zolağı tərk etmək lazımdır. Mən o ərazidən keçərkən videoqeydiyyat aparmışam və siz o prosesi izləyə bilərsiz. Yol polisinin işarəsi ilə avtobus zolağına daxil olmuşam. Teatrın qarşısında isə artıq zolağı tərk etmişəm. Lakin bəzi sürücülər şikayət edirlər ki, polisin göstərişi ilə zolağa giriblər və cərimələniblər. biz soruşuruq ki, bu cərimə harada gəlib? Məlum olur ki, “Sahil” metrosu yaxınlığında, Muzey mərkəzi tərəfdə, yaxud “Park Bulvar”a çatanda. Sürücülər elə bilirlər ki, yol polisi işarə veribsə, deməli həmin küçənin axırına qədər zolaqla hərəkət edə bilər”.
Elməddin Muradlının mövzunu şərh etdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.