AZ

14 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - ŞOK DETALLAR

News365.az 14 saylı cəzaçəkmə müəssisəsində məhkum jurnalist Zaur Qəmbərovun dediyini olduğu kimi sizə təqdim edir: 

" Müəsisənin rəis muavini Natiq Mustafayev rüsvət vermədiyimə görə, qanunsuz tələblərinə əməl etmədiyimə görə məni ölüm həddinə çatdırıb . Hər gün öz işçilərnə məni təqib etdirir, mənəvi və psixoloji təzyiqlərə məruz qoyur.Gundəlik oyunlarına bəzi məhkumları da qoşub .Bunlar Aslanov Zabil Zeynal oğlu Hüseynov münasib və başqalarıdır. Bu gün mənə salam verdiyi üçün 20 dən çox məhbusu döydürüb. Əməkdaş Ələkbərzadə Nurlan, Məmmədov Elman, Vəliyev Elçin ,Nağıyev Qafar hər gün məni izləyir əməkdaş gizir Atəş mənə travmadol təklif edir.Mayor Zöhrab mənə görə digər məhkumlara tibbi yardım göstərilməsinə şərait yaratmır ki, məhkumlar mənim üstümə qalxsın . Mayor Akif Həsənov məni ölümlə təhdid edir.O hər dəfə deyir ki, sənin öldürərəm, heç kim mənə heç nə etməz . Bədbəxt hadisə kimi aformut etmək mənim əlimdədir. Rejim nəzarət şöbəsinin rəisi Faiq Əzizov bildirir ki, sənin kimi qanunu bilən bir nəfər də var idi, məhkum yoldaşlarına onu döydürdük, ağillandı.Əzizov Faiq yatdığım odialı kəsərək məni dövlət əmlakının ziyanla akt tərtib edir. Halbuki yataq keyfiyyətsiz olduğu üçün örtüklər əksər məhkumlar tərəfindən evdən gətirdilir, həmçinin mənim odialım da.Məhkum AslanovZabilin başının altından bıçaq çıxdı, məqsəd məni öldürtmək olub. Bıçaq nəzarətçi vasitəsilə içəri keçib. Buna baxmayaraq məhkum haqqında heç bir cəza tədbiri görülmədi.

Bunun DTX vasitəsilə araşdırılmasını istəyirəm.İşdə olmayan adamların adına 100 dən çox kart açılıb. Suya pul yığılır, təmirə pul yığılır. Evdən gələn yeməklər əksər halda buraxılmır. Bizə keyfiyyətsiz yemək verilir. Çimmək üçün su bizə satılır. 

Təqib nəticəsində Xəyyam adında məhkum özünü doğradı. Buna səbəb Vəliyev Elçin adlı əməkdaşı olub."

P.S daha çox məlumatlar var. Biz səs yazını lazımi qurumlara təqdim edə bilərik.. Paylaşdığımız məktublar Zaur Qəmbərov tərəfindən qurumlara yollanıb, hələ cavab yoxdur



Seçilən
6
news365.az

1Mənbələr