AZ

İtaliya nəhəngi İspaniyanın U-21 millisinin futbolçusunu alır

"Valensiya"nın yarımmüdafiəçisi Xavi Gerra karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.

Məlumata görə, onun xidmətində "Milan" maraqlıdır. Mənbə "rossonerlər"in bu keçid üçün "yarasalar"a 14 milyon avro və müxtəlif bonuslar şəklində 4 milyon avro təklif etdiklərini və rədd cavabı aldıqlarını vurğulayıb. İspaniya təmsilçisinin qarşı tərəfdən 30 milyon avro istədiyi, Geranın teansferini vacib sayan italyanların isə hazırda yeni təklif hazırladıqları bildirilib. Satış reallaşacağı halda, ödəniləcək məbləğin 30 faizinin futbolçunun sabiq klubu "Vilyarreal"a çatacağı açıqlanıb.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət İspaniya millisinin üzvü olan Xavi ötən mövsüm "Valensiya" forması ilə bütün turnirlərdə 38 matça çıxaraq 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
2
fanat.az

1Mənbələr