AZ

“Poliqon” jurnalının yaranmasından 13 il ötür – FOTOLAR

Bu gün “Poliqon” (“AzerDefence”) hərbi-kosmik texnoloji jurnalının yaranmasının 13 ili tamam olur.

Bu münasibətlə “Poliqon” jurnalının redaksiyasında keçirilən tədbirdə jurnalın redaksiya heyəti, keçmiş əməkdaşları və “Poliqon” jurnalının təsisçisi mərhum jurnalist Rəşad Süleymanovun ailə üzvləri iştirak edib.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, şəhid jurnalistlərin və “Poliqon” jurnalının təsisçisi Rəşad Süleymanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Jurnalın hazırkı baş redaktoru Zaur Babaşov “Poliqon”un 13 illik fəaliyyəti ilə bağlı hesabatla çıxış edərək, “Poliqon” jurnalının fəaliyyətinin Azərbaycanla məhdudlaşmadığını, Türkiyə, İsrail, İtaliya, Qazaxıstan, Gürcüstan, Cənubi Koreya və Pakistan bazarında unikal mövqeyə malik olmasını diqqətə çatdırıb.

“Poliqon”un Azərbaycanda yeganə hərbi-kosmik texnoloji istiqamətli jurnal olduğunu bildirən Z.Babaşov, jurnalın qlobal media kimi dünya çapında inkişaf yolunda əmin addımlarla irəlilədiyini qeyd edib: “Müdafiə və hərbi-sənaye şirkətləri arasında kommunikasiya körpüsü rolunu oynayan “Poliqon” jurnalının bu günədək Azərbaycan dilində 76 sayı, habelə beynəlxalq sərgilərdə ingilis və rus dillərində xüsusi buraxılışları olub. “Poliqon” jurnalı ötən ilin iyul ayında Qazaxıstanın Aktau şəhərində beş dövlətin iştirakı ilə keçirilən “Birləşdik-2024” beynəlxalq təlimində öz Xüsusi Buraxılışı ilə çıxış edib ki, bu da dünya praktikasında bir ilk olub”.

Daha sonra tədbir iştirakçıları çıxış edərək Rəşad Süleymanovla bağlı xatirələrini bölüşüb və “Poliqon” jurnalına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxış və açıqlamalardan sonra Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, hərbi sahədəki yeniliklərin cəmiyyətə çatdılırması və hərbi vətənpərvərliyin təbliğatında POLIQON JURNALI ilə əməkdaşlıq edənlər fəxri fərmanla təltif olunub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

DSC

DSC

DSC

DSC

DSC

DSC

Seçilən
5
poliqon.az

1Mənbələr