Yay aylarında günəşin yandırıcı təsiri, dəniz suyu və hovuz kloru kimi xarici amillər saç sağlamlığına ciddi təsir göstərir.
News24.az bildirir ki, bu dövrdə saçları qorumaq hər zamankından daha önəmli hala gəlir. Bu səbəbdən saç quruducu (fen) istifadəsi də mütəxəssislər tərəfindən müzakirə mövzusu olaraq qalır.
Mütəxəssislərin fikrincə, yay aylarında saçlar artıq kifayət qədər yüklənmiş və zərər görmüş olur. Bu vəziyyətdə fendən gələn əlavə istilik, saç tellərinə əlavə ziyan vura bilər. Xüsusilə quru və nəmini itirmiş saçlar, yüksək istiliyə qarşı həssas olur. Bu, saç tellərində qırılmalara və uclarda çatlamalara səbəb ola bilər. Fenin yüksək istilik verməsi, saçın təbii qoruyucu yağ qatını da məhv edə bilər. Bu isə saçların mat və cansız görünməsinə, həddindən artıq elektriklənməsinə (tufanlanmasına) və nəzarətsiz görünüş almasına yol aça bilər.
Mütəxəssislər bildirir ki, xüsusilə təbii burmalı saçlara sahib olanlar üçün fensiz qurutma saçın formasını daha yaxşı qoruyur. Təbii qurudulan burmalar, daha belirgin, yumşaq və nəmlənmiş görünür. Bunun üçün saçlar yumşaq mikrofiber dəsmal ilə nəmləndirilərək suyu alınmalıdır. Daha sonra saçlara burma forması verilərək qurumağa buraxılmalıdır. Saçın quruma prosesi zamanı saç kremi və ya nəmləndirici serum tətbiq edilə bilər.
Əgər fen istifadə etmək zəruridirsə, aşağıdakı tövsiyələrə əməl etmək vacibdir:
Düşük temperatur rejimi seçilməlidir;
Həddindən artıq yaxın məsafədən fen tutulmamalıdır;
Mümkünsə, hava ilə qurutma rejimi (cool shot) istifadə olunmalıdır.