Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəza Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.Belə ki, “VAZ 2106” və “Mercedes” markalı minik avtomobilləri bir-biri ilə toqquşub. Güclü zərbə nəticəsində “VAZ”ın sərnişini – 1957-ci il təvəllüdlü, Göytəpə şəhər sakini Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində həyatını itirib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri ekspertiza və istintaq tədbirlərindən sonra məlum olacaq.