AZ

Ərdoğan İran XİN rəhbərinə nə deyib? - Ankara AÇIQLADI

Türkiyə İranın nüvə proqramı üzrə texniki danışıqların təşkilinə, o cümlədən ABŞ və İran liderləri arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır.

Referans xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı İranın xarici işlər naziri Abbas Əraqçiyə bildirib.

“Prezident Ərdoğan bildirib ki, Türkiyə İsrailin İrana, eləcə də Qəzza, Livan və Suriyaya hücumlarına qarşı qəti mövqe nümayiş etdirir və münaqişələrə son qoymaq və diplomatik həll yoluna qayıtmaq üçün səy göstərir”, - Türkiyə liderinin ofisindən bildirilib.

Ofisdən verilən məlumata görə, Ərdoğan regionun yeni hərbi münaqişəyə yol verə bilməyəcəyini, İsrailin “dərhal dayandırılmalı” olduğunu və “nüvə mübahisəsinin” həllinin yalnız danışıqlar yolu ilə mümkün olduğunu vurğulayıb.

"Prezident vurğuladı ki, diplomatik həllə yönəlmiş addımlar ən qısa zamanda atılmalıdır. Türkiyə bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə davam edəcək", - məlumada qeyd edib.  

Seçilən
0
1
referans.az

2Mənbələr