AZ

İran prezidenti nüvə proqramından əl çəkmədən nüvə enerjisi üzrə dialoqa hazırdır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

İran nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləmək üçün dialoqa hazırdır, lakin ondan tamamilə imtina etmək niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.

“Biz dinc nüvə enerjisi sektorunda etimadı gücləndirmək üçün dialoqa və əməkdaşlığa hazırıq. Bir tərəfdən, biz nüvə proqramının tam məhdudlaşdırılması ilə razılaşmayacağıq, digər tərəfdən isə sionist rejimin (İsraili nəzərdə tutur) davam edən təcavüzünə cavabımız daha sarsıdıcı və cavabımız qəti olacaq”, - deyə İran prezidenti bildirib.

Pezeşkian qeyd edib ki, Tehran istənilən dialoqu və ya danışıqları alqışlayır, ancaq respublikanın qanuni hüquqlarına hörmətlə yanaşır.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən hava zərbələri ilə hücümlarını davam etdiriblər. Hər iki tərəf bu hücumlar nəticəsində insan tələfatı və itkilər barədə məlumat verib, həmçinin bir sıra hədəflərin vurulduğunu etiraf ediblər. Qarşılıqlı hava hücumları davam edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
4
bizimyol.info

5Mənbələr