AZ

Dövlət Təhlükəsizliyi Xidmətinin saxladığı icra başçısı məhkəmə qarşısına çıxarıldı

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bir gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev iyunun 21-də məhkəmə qarşısına çıxarılıb.

Bizimyol.info xəbər verir ki, korrupsiya cinayətlərində ittiham olunan Musa Şəkiliyev haqqında həbs qətimkan tədbiri seçilməsi üçün o, iyunun 21-də axşamüstü o, Səbail Rayon Məhkəməsinə gətirilib.

Məhkəmə istintaqı orqanının onun barəsində verdiyi vəsatəti əsaslı hesab edib. Məhkəmənin qərarına əsasən, Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

1959-cu il təvəllüdlü Musa Şəkiliyev 2010-cu ilin aprelindən Qaz rayonunun icra başçısı vəzifəsində çalışırdı. O, DTX əməkdaşları tərəfindən saxlandıqdan sonra iyunun 21-də Prezident İlham Əliyev Musa Şəkiliyevin vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr