ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Yol polisinə məxsuz motosikletin və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az xəbər verir ki, Türkiyənin Amasiya şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, Mustafa G.-nin idarə etdiyi 05-T-0098 dövlət nömrə nişanlı taksi avtomobili xidmətə gedən yol polisi əməkdaşı F.A.-nın idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində polis əməkdaşı yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib. Xəsarətlər alan F.A.-ya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Sözügedən hadisənin videosu təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.