AZ

AB İsrailin Fələstindəki qanunsuz məskənləri ilə ticarəti qadağan etməyə hazırlaşır....


10 Avropa ölkəsi İsrailin İordan çayının qərb sahilində yerləşən qanunsuz yaşayış məntəqələri ilə ticarəti qadağan edən qanun layihəsi hazırlayıb. Bu, İsrailin qanunsuz məskunlaşma siyasətinə qarşı beynəlxalq təzyiqlərin artdığını göstərir.

Bu qanun layihəsi sözügedən məskunlaşma yerlərində istehsal olunan məhsulların Avropa bazarlarına idxalını qadağan etməyi hədəfləyir. Bu, Avropa İttifaqının (Aİ) İsrailin işğal altında olan ərazilərdəki fəaliyyətlərinə münasibətdə daha sərt mövqe tutduğunu göstərir.

Qeyd edək ki, beynəlxalq hüquqa görə, İsrailin İordan çayının qərb sahili ərazilərindəki məskunlaşmaları qanunsuzdur. Bu səbəbdən, bir çox ölkə bu ərazilərlə ticarətə son qoymaqla, İsrailin bu siyasətini dəstəkləmək istəmir.

Belə addımlar Yaxın Şərqdə sülhə necə təsir edə bilər?

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasinda bildirdi ki, Avropa Birliyinin bu addımını dəstəkləyir: "Çünki İsrailin bu cür davranışları - İordan çayının qərb sahillərində qeyri-qanuni məskunlaşma fəaliyyəti ilə məşğul olması beynəlxalq hüquqa və beynəlxalq təşkilatların çağırışlarına hörmətsizlikdir. İsrailin bir neçə belə addımına göz yumulub, o isə cinayətkar olaraq cəzasızlıq mühitindən ruhlanıb. İndi isə beynəlxalq aləm bunun acısını hiss edir. İsrail ərköyün və dəcəl uşaq kimi bölgədə hücum etmədiyi bir dövlət qoymayıb. İsrail heç bir qanun və hüquq tanımır. İsraili dayandırmaqdan ötrü ona qarşı belə sanksiyalara və digər cəza addımlarına ciddi ehtiyac var.

Hesab edirəm ki, AB-nin bu addımi hələ geçikib. Bu cür cəza tədbirləri ilə İsraili qeyri-qanuni əməllərindən tam çəkindirmək mümkün olmasa da, ən azı onu məhdudlaşdırmaq, hərəkətlərini bir məcraya salmaq olar. Yoxsa İsrail təcavüskar davranışları ilə Yaxın Şərqdəki gərgin vəziyyəti daha da gərginləşdirir. Bu da regionda çox ciddi problemlərə gətirib çıxarır.

İsrailin İrana hücumundan sonra dünyada qütbləşmə prosesi kəskinləşib, dünya daha gərginləşərək dünya müharibəsinin kandarına daşınıb. Faktiki olaraq dünya üçüncü dünya müharibəsinin astanasında dayanıb. Bütün bunların isə səbəbkarı İsraildir. Bu mənada İsrailin dünya birliyi tərəfindən cəzalandırılmasının tərəfdarıyam. Amma hələ bu çox zəif cəza tədbiridir. Beynəlxalq təşkilatlar Bəşər Əsəd devriləndən sonra İsrailə sual etməli idi ki, sən nəyə görə yeni hökumət quran Suriyanın müdafiə qabiliyyətini sıradan çıxarırsan? Yanvar ayından bu günlərə qədər İsrail Suriyanin bütün havadan müdafiə sistemlərini, raket qurğularını və digər hərbi obyektlərini bombalayar sıradan çıxardı. Dünya dövlətləri isə buna susdu. İndi də İranı hədəfə alıb, artıq 10 günə yaxındır ki, ölkənin bütün ərazilərini strateji təyyarələr və ballistik raketlərlə bombalayir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik deyir ki, İranın nüvə silahi əldə etmək fikri yoxdur, İsrail isə deyir ki, yox, İran nüvə silahi hazirlayır ki, mənim ərazilərimi vursun".

Dəniz NƏSİRLİ

Seçilən
2
baki-xeber.com

1Mənbələr