AZ

Azərbaycan yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçını keçirib

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçını keçirib.

"Report" xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqib yığmanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:18, 25:18, 25:14).

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) komandalarını üstələyib.

Seçilən
5
2
report.az

3Mənbələr