Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Axar.az xəbər verir ki, qəza Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, VAZ 2106 və “Mersedes” markalı minik avtomobilləri bir-biri ilə toqquşub. Güclü zərbə nəticəsində VAZ-ın sərnişini – 1957-ci il təvəllüdlü, Göytəpə şəhər sakini Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində həyatını itirib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri ekspertiza və istintaq tədbirlərindən sonra məlum olacaq.