AZ

14 yaşlı qıza xalasının qeyri-rəsmi nigahda yaşadığı kişi zorakılıq edib - DETALLARVİDEO

Bir neçə gündən sonra 14 yaşı olacaq. Digər həmyaşıdlarından fərqli olaraq həyat onu valideyn himayəsi, ana ,ata qayğısından məhrum edib. 7 yaşı olanda anasını itirib, atası isə 14 yaşlı qızcığaza sahib çıxmaqdan imtina edib. Anasının ölümündən sonra isə ona xalası baxıb. Elə həyatının qara günləri də burdan başlayıb.

Sabunçu rayonunda xalasının himayəsində yaşayan qız məktəbə getməyib, oxuyub yazmağı isə indi öyrənir.

Xezerxeber.az-ın xəbərinə görə, o iddia  edir ki, xalasının qeyri-rəsmi nigahda yaşadığı  49 yaşlı Tahir Sadıqov  tərəfindən ona qarşı qeyri-etik  hərəkətlər edilib.

Azyaşlı qız iddia edir ki,bununla bağlı digər qohumlarına məlumat versə də onun dediklərinə məhəl qoyan olmayıb.  Düz 7 il xalasının evində şiddətə və istismara məruz qalıb.

49 yaşlı Tahir isə qızcığaza başına gələnləri danışacağı tədqirdə çəkdiyi viedoları yayacağı ilə hədələyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
19
11
xezerxeber.az

10Mənbələr