AZ

Belarusda müxalifətçi Sergey Tixanovski azad edildi

Belarus müxalifətçisi Sergey Tixanovski azadlığa buraxılıb.

Bu barədə Publika.az "Naşa Niva" nəşrinə istinadla xəbər verir.

Nəşr qeyd edib ki, S.Tixanovski artıq Belarusu tərk edib, lakin hansı ölkəyə getdiyi dəqiqləşdirilmir. KİV-in məlumatına görə, bu gün ümumilikdə 14 belarus müxalifətçisi azad edilib.

Onun azad edilməsi Belarus lideri Aleksandr Lukaşenkonun ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq ilə görüşü fonunda baş verib. Görüş Minskdə Müstəqillik Sarayında keçirilib.

Seçilən
23
publika.az

1Mənbələr