AZ

Mingəçevirdə "Ford" işıq dirəyinə çırpıldı - VİDEO

Azərbaycanda məşhur gəmiçilik şirkətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, "Elite Marıne PTE. LTD." Şirkətinin Azərbaycan Respublikasındakı Filialının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 1.166.395,97 AZN-dir. Hüquqi ünvanı Yasamal Rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanında yerləşən "Elite Marıne PTE. LTD."nin qanuni təmsilçisi Hock Choon Limdir. Qeyd edək ki, 2015-ci ildə sözügedən şirkət işçilərə işgəncə verməsi ilə gündəmə gəlmişdi. İddia edilirdi ki, şirkətin rəhbəri Hok Çon Lim azərbaycanlılar da daxil olmaqla işçiləri təhqir edir, hindistanlı qaynaqçıları döydüyü döyür.

Seçilən
8
avtosfer.az

1Mənbələr